Bakı şəhəri ərazisində 3 nəfər donvurma diaqnozu ilə xəstəxanaya çatdırılıb
04-02-2012 / 10:41
FaktXeber.com xəbər verir ki, dünən Bakı şəhəri ərazisində 3 nəfər donvurma diaqnozu ilə xəstəxanaya çatdırılıb. Bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov məlumat verib.
Onun sözlərinə görə, donvurma hadisələri Bakının Xətai və Sabuncu rayonları ərazində baş verib. Hər üç şəxs xəstəxanaya çatdırılıb. Onların 1-i Sabunçu ərazisində yerləşən 3 saylı .Şəhər Klinik Xəstəxanasına, 2 nəfər isə 2 saylı Şəhər Xəstəxanasına çatdılırıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-dək hökm sürəcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.