Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 23-28 dərəcə şaxta təşkil edəcək
04-02-2012 / 10:35
FaktXeber.com xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında bu gecə bəzi yerlərdə az qar yağacaq, havanın gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq. Yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında az yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 23-28 dərəcə şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.
Fevralın 04-də hava şəraiti nisbətən sabit, gün ərzində əsasən yağmursuz keçəcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.