Ermənistan silahlı qüvvələri Ağdam istiqamətində atəşkəsi pozub
04-02-2012 / 10:10
Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 3-də saat 18.30-dan 19.00-dək Ağdam rayonunun Cəvahirli və Tağıbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.