MİSİRDƏ BAŞ VERƏN QARŞIDURMALARDA 150 NƏFƏR YARALANIB
Misirin Təhrir meydanında qarşıdurmalar yenidən başlayıb
03-02-2012 / 17:21
FaktXeber.com-un verdiyi məlumata görə, hadisələr zamanı 2 nəfər ölüb 150-si isə yaralanıb. Adlarının çəkilməsini istəməyən həkimlərin verdiyi məlumata görə, yaralıların saylarının artması istisna edilmir. Həkimlər yaralıların müalicəsi üçün dərman miqdarının az olduğunu və xəstəxanaya yerləşdirilən yaralıların əksəriyyətinin polislər tərəfindən istifadə edilən göz yaşardıcı qazdan zəhərləndiklərini bildiriblər.
Qeyd edək ki, verilən məlumatda bildirilir ki, hazırda Təhrir meydanı ətrafında yerləşən ABŞ universitetlərindən birinin kənarında etirazçılarla polislər arasında qarşıdurma davam edir. Tərəflər arasında şiddətli qarşıdurmalar baş verdiyi bildirilir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.