RUSİYADA 4 FEVRAL AKSİYALARINA ÇANTA VƏ TERMOSLARIN GƏTİRİLMƏSİ QADAĞAN OLUNUB
Moskva üzrə RF DİN-in baş idarəsi mitinqin keçiriləcəyi yerlərdə antiterror təhlükəsizliyi məqsədilə belə bir xəbərdarlığın edildiyini bildirib
03-02-2012 / 17:17
Faktxeber.com-un verdiyi məlumata görə, Moskva üzrə RF DİN-in baş idarəsi 4 fevral aksiyalarına çanta və termosların gətirilməsini qadağan edib.
Qurumun yaydığı press-relizdə deyilir: «Tədbirin keçiriləcəyi yerlərdə antiterror təhlükəsizliyi məqsədilə... o cümlədən iri çantalar, plastik, şüşə və maye ilə dolu olan qablar (termoslar da daxil olmaqla) gətirmək qadağandır».
Qeyd edək ki, Dövlət Dumasının deputatı Gennadiy Qudkov da aksiyaçıları özləri ilə termos gətirməməyə çağırıb.
Sabah Moskvada keçirilicək mitinqdə 50 min nəfərin iştirak edəcəyi ehtimal olunur.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.