İSPANİYADA İKİ TURİST "LEGİONLAR XƏSTƏLİYİ"NDƏN VƏFAT EDİB
Kosta-Blankada "Diamante Beach Hotel"də qalan turistlərdən biri xəstəxanada keçinib, digəri isə otağında ölü tapılıb
03-02-2012 / 16:40
Faktxeber.com-un verdiyi məlumata görə, İspaniyada məzuniyyətə gələn iki turist «legionlar xəstəliyi»ndən vəfat edib, 3 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşidirilib.
Qeyd edək ki, «Legionlar xəstəliyi» pnevmaniyanın bir növüdür.
Kosta-Blankada «Diamante Beach Hotel»də qalan turistlərdən biri xəstəxanada keçinib, digəri isə otağında ölü tapılıb.
Həmin oteldə qalan daha 5 nəfər Böyük Britaniya xəstəxanalarında müalicə kursu keçiblər.
Zərərçəkənlər 70-80 yaş arası olan insanlardır.
«Legionlar xəstəliyi»ni yaradan legionel bakteriyalarının təbii yolla çoxaldığı yer şirin su hövzələridir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.