Sülhəddin Əkbər: "Regiona sülhməramlı yalnız sülh müqaviləsi bağlandıqdan sonra yerləşdirilə bilər. Əgər söhbət beynəlxalq hüquqdan gedirsə, Azərbaycanın razılığı olmadan belə bir addım atılmamalıdır"
03-02-2012 / 16:20
Rusiyalı politoloq, RF Elmlər Akademisyası Şərqşünaslıq İnstitunun əməkdaşı Aleksandr Skakov ehtimal olunan İran-ABŞ müharibəsinin başlayacağı təqdirdə Dağlıq Qarabağda sülhməramlıların yerləşdiriləcəyini bildirib. O, deyib ki, belə olan halda Region de-fakto işğal altında sayılacaq və çox güman ki, Azərbaycan öz məcburi köçkünlərini Dağlıq Qarabağ ətrafında olan rayonlara geri qaytarmaq imkanını qazanacaq. Eyni halda Azərbaycan bundan öz xeyrinə istifadə edib işğal altında olan torpaqlarını geri qaytara bilər.
Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən Avro-Atlantik Şuranın rəhbəri Sülhəddin Əkbər, hazırda Rusiyanın hərbi orqanlarında İrana qarşı ehtimal hərbi müdaxiləsi ilə bağlı ciddi müzakirələrin aparıldığını bildirdi: «Hazırda Rusiya regionda bütün qoşunlarına hərbi hazırlıq əmri verib. Hadisələrin müxtəlif inkişaf variantları üzərində təlimlər həyata keçirilir.
Hərbi təlimlərlə real vəziyyətin bir-birindən fərqləndiyini qeyd edən Sülhəddin bəy, belə olan halda çox şey Azərbayacanın xarici hərbi siyasətindən asılı olacaqdır,-deyə qeyd etdi. Təbii ki, Rusiya çalışacaq ki, İrana qarşı hərbi müdaxilə olacağı təqdirdə Cənubi Qafqazda öz mövqelərini gücləndirsin. Rusiya bir tərəfdən Gürcüstan üzərində Ermənistanda yerləşən hərbi birləşmələrinə tranzit yol açmaq, digər tərəfdən isə yaranmış vəziyyətdən istifadə etmiş Qarabağda öz silahlı bazasını artırmaq istəyəcək.
Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi mümkündürmü,sualına da aydınlıq gətirən Sülhəddin Əkbər, sülhməramlı yalnız sülh müqaviləsi bağlandıqdan sonra yerləşdirilə bilər. Əgər söhbət beynəlxalq hüquqdan gedirsə Azərbaycanın razılığı olmadan belə bir adım atıla bilməz,-deyə qeyd etdi.
Digər tərəfdən Rusiya regiona müdaxilə edəcəyi halda, böyük ehtimalla Qarabağ müharibəsi yenidən qızışdırılacaq, həmçinin Rusiya öz maraqlarını və guya Dağlıq Qarabağda yaşayan erməni azlıqlarının qorunması adı ilə regiona tərəfləri ayıran silahlı qüvvələrini yerləşdirəcək. Rəsmi Bakı bu mürəkkəb dövrdə heç vaxt provakativ hərəkətlərə getməməlidir. Belə olan halda Azərbayacan yenidən müharibə edə bilər. Ona görə də ciddi şəkildə ehtiyatlı olmaq lazımdır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.