Narkokartelin üzvləri bəyan eləyiblər ki, Südad-Xuaresin polis rəisi istefa verənə qədər hər gün bir hüquqmühafizəçisi öldürüləcək
03-02-2012 / 15:46
Faktxeber.com-dan verilən məlumata görə, Meksikanın şimalında Südad –Xuares şəhərində yerli narkokartelin təhdidlərindən sonra təhlükəsizlik naminə 2 min polis müvəqqəti olaraq mehmanxanalara köçüb.
Kartelin üzvləri bəyan eləmişdilər ki, şəhərin polis rəisi istefa verənə qədər hər gün bir hüquqmühafizəçisi öldürüləcək.
Lakin polis rəisi Culian Leyzaola öz vəzifəsində qalacağını bildirib.
Xatırloadaq ki, ötən ay Südad-Xuares şəhərində 8 polis öldürülmüşdü. Onların bir çoxuna evə qayıdarkən sui-qəsd edilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.