KOLUMBİYADA POLİS MƏNTƏQƏSİNDƏ PARTLAYIŞ BAŞ VERİB
Hadisə nəticəsində çoxsaylı ölən və yaralananlar var
03-02-2012 / 15:28
Faktxeber.com-dan verilən məlumata görə, Kolumbiyanın qərbinə Villa Rika şəhərində polis məntəqəsinin partlaması nəticəsində ona yaxın insan həlak olub, 20-yə yaxın insan isə yaralanıb.
Xatırladaq ki, bir gün əvvəl Tumako liman şəhərində polis məntəqəsində partlayış zamanı 11 nəfər həlak olmuşdu.
Polis nümayəndələrinin sözlərinə görə, hücumun arxasında FARK üsyançı qruplaşması dayanır.
Qeyd edək ki, 2011-ci ildə FARK qruplaşmasının liderinin xüsusi əməliyyat nəticəsində öldürülməsindən sonra, terrorçu qrupun hüquqmühafizə orqanlarına hücumlarının sayı daha da artıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.