Paytaxt təmsilçisi İspaniyanın "Rayo Valyekano" klubunun hücumçusu Serxio Kontrerası heyətinə qatıb
03-02-2012 / 15:22
FaktyXeber.com xəbər verir ki, "Bakı" qış "transfer pəncərəsi"ndə ən səs-küylü transferini gerçəkləşdirib. Paytaxt təmsilçisi İspaniyanın "Rayo Valyekano" klubunun hücumçusu Serxio Kontrerası heyətinə qatıb. Bu barədə "zolaqlılar"ın baş meneceri Zeynal Məmmədov məlumat verib. Klub rəsmisinin sözlərinə görə, 28 yaşlı forvardla 1+1 illik müqavilə imzalanıb.
"Koke" ləqəbli futbolçu karyerası ərzində İspaniyanın "Malaqa", Fransanın "Marsel" və Yunanıstanın "Aris" kimi klublarında çıxış edib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.