227 KQ ARIQLAYARAQ QEYRİ-RƏSMİ SURƏTDƏ GİNNESİN REKORDUNU TƏZƏLƏDİ (foto)
37 yaşlı Melissa Morris bir neçə il əvvəl 317 kq olduğunu bildirib
03-02-2012 / 15:01
Faktxeber.com-un verdiyi məlumata görə, 37 yaşlı Melissa Morris qeyri-rəsmi olaraq Ginnesin Rekordlarını təzəyələyib. Düz 227 kq arıqlayan bu xanım tamamilə başqa bir insana çevrilib.
Amerika telekanallarının birində verilişə çıxan 37 yaşlı Melissa Morris bir neçə il əvvəl 317 kq olduğunu bildirib: «Lakin həyatım təhlükə altında olduqda mən arıqlamağı qəti qərara aldım. Beləliklə də, 217 kq çəkidən qurtuldum».
Melissa uşaq vaxtı da dolubədənli olub. Lakin 10 il bundan əvvəl evləndikdən sonra, çəkisi inanılmaz sürətlə artmağa başlayır: «Həyat yoldaşım bizneslə məşğul idi. Mən də nümunəvi evdar qadın kimi yoldaşım üçün mümkün olan bütün ləzzətli yeməkləri bişirirdim, bu arada özüm də dadmağı unutmurdum».
Evləndikdən 3 il sonra Melissanın çəkisi 300 kq-a çatır.
Onun həyatında dönüş nöqtəsi isə anasına baş çəkməyə gedərkən baş verib. Belə ki, Melissanın anası mədə xərçəngindən əməliyyat olunmasına baxmayarq, xəstə halı ilə hər dəqiqə durub «acmış» qızına yemək hazırlamaq məcburiyyətində qalıb.
Vicdan əzabı çəkən Melissa evə qayıdandan sonra həkimə müraciət edərək qarın nahiyyəsindən əməliyyat elətdirir.
Nəticələr inanılmaz idi: O, il ərzində 113 kq arıqlamışdı, özü də çəki yenə sürətlə azalmaqda davam edirdi.
Əməliyyatdan keçən 5 il ərzində Melissa 227 kq piydən azad olub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.