MALYARİYA XƏSTƏLİYİNDƏN ÖLƏNLƏRİN SAYI HESAB OLUNDUĞUNDAN 2 DƏFƏ ARTIQ İMİŞ
Araşdırma nəticəsində məlum olub ki, ölənlərin 40 faizdən çoxu yetkinlik yaşına çatmış uşaqlar və böyüklərdir
03-02-2012 / 14:18
Faktxeber.com-un verdiyi məlumata görə, malyariya xəstəliyi əvvəllər hesab olduğundan iki dəfə çox ölümlə nəticələnirmiş.
ABŞ və Avstraliyadan olan araşdırmaçılar 2010-cu ildə malyariya xəstəliyindən 1,2 milyon insanın vəfat etdiyini bildiriblər. Qeyd edək ki, bu, Ümumdünya Səhiyyə Təşkilatının dəyərləndirməsindən təqribən iki dəfə çoxdur.
Araşdırma nəticəsində məlum olub ki, ölənlərin 40 faizdən çoxu yetkinlik yaşına çatmış uşaqlar və böyüklərdir.
Əvvəllər isə hesab olunurdu ki, malyariyadan vəfat edənlər əsasən 5 yaşına qədər uşaqlardır.
Araşdırmanın nəticələri Britaniyanın Lancet jurnalında dərc olunub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.