Gənclər üçün Təhsil Mərkəzindən FaktXeber.com-a verilən məlumata görə, Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ bölgəsi üzrə qərargahının və rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi tədbirdə rayon rəsmiləri və gənclər iştirak edib.
Tədbirdə rayon gənclərinin müxtəlif səhnəcikləri nümayiş etdirilmiş və muğam mərkəzinin musiqiçiləri tərəfindən gözəl ifalar səsləndirilib.
Rayon İcra Hakimiyyəti başçısının müavini Əbülfət Tapdıqov və ictimai-siyasi şöbənin müdiri Rahilə Şükürova rayonda müxtəlif sahələrdə fəallıq göstərən istedadlı gəncləri təltif ediblər.
Çıxış edənlər Qarabağ bölgəsində Mərkəzin belə tədbirlər keçirməsini yüksək qiymətləndirmiş və digər təşkilatları da region gəncləri ilə əməkdaşlığa dəvət ediblər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.