QIRMIZI KXEMERLƏRİN FƏALI ÖMÜRLÜK HƏBSƏ MƏHKUM OLDU
Kanq Kek İeu "Tuol Slenq" həbsxanasında minlərlə kişi, qadın və uşaqlara işgəncələri şəxsən həyata keçirdiyini və edama rəhbərlik etdiyini boynuna alıb
03-02-2012 / 12:58
Faktxeber.com-un verdiyi məlumata görə, Kambodca məhkəməsi 1970-ci illərdə Qırmızı Kxemerlər rejimində minlərlə insanın edamında iştirak etmiş sabiq türmə rəisinəömürlük həbs cəzası verib.
Yoldaş Duç kimi tanınan Kanq Kek İeu bundan sonrakı həyatını həbsxanadan keçirəcək.
Qeyd edək ki, onun appelyasiya şikayəti təmin olunmamışdı.
2010-cu ildə Kek İeu 35 il müddətinə azadlıqdan məhrum edilmişdi.
O, «Tuol Slenq» həbsxanasında minlərlə kişi, qadın və uşaqlara işgəncələri şəxsən həyata keçirdiyini və edama rəhbərlik etdiyini boynuna alıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.