PROKUROR TSQ-nin SABİQ RƏHBƏRİ İLKER BAŞBUĞA ÖMÜRLÜK HƏBS CƏZASI İSTƏYİB
Türkiyənin sabiq baş qərargah rəisi İlker Başbuğun "İnternet memorandumu" çərçivəsində İlker Başbuğ haqqında başladılan istintaq başa çatıb
03-02-2012 / 12:57
FaktXeber.com Türkiyənin "Zaman" qəzetinə istinadən xəbər verir ki, hazırlanan ittihamnamə dünən İstanbul 13-cü Ağır Cinayətlər üzrə məhkəməyə göndərilib. 39 səhifəlik ittihamnamədə Başbuğun dövlət çevrilişi hazırlamaqda, terrorçu təşkilat yaratmaq və ona rəhbərlik etmək cinayətindən ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilməsi istənilib.
Respublika Prokuroru Cahan Kansız tərəfindən icra edilən istintaq nəticəsində hazırlanan 39 səhifəlik ittihamnamə İstanbulun 13-cü Ağır Cinayətlər üzrə məhkəməsinə göndərilib.
Həbs olunan Başbuğ, gücdən istifadə edərək Türkiyə Cümhuriyyəti hökumətini devirməyə və ya hökumət üzvlərinə vəzifələrini icra etməyə qismən və ya tamamilə maneə törətməyə cəhd etməkdə ittiham olunur. Prokuror İlker Baş buğ üçün ağırlaşdırılmış ömürlük həbs cəzası istəyib. İttihamnamədə “Ergenekon" terror təşkilatına rəhbərlik" ittihamı ilə Başbuğa 15 ildən 22,5 ilə qədər həbs tələb edilib.
İttihamnamənin göndərildiyi İstanbul 13-cü Ağır Cinayətlər üzrə məhkəməsinin, ittihamnamənin qəbul edilib-edilməməsi ilə əlaqədar 15 gün ərzində qərar verməsi gözlənilir.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin (TSQ) sabiq Baş Qərargah rəisi general İlker Başbuğ, yanvarın 6-da həbs olunub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.