RUSİYADA RÜŞVƏT ALAN POLİSLƏRƏ 200 QAT ARTIQ CƏZA!
Rusiyanın Stavropol şəhərində 7 min rubl rüşvət alan iki polisə 1,43 milyon rubl cəza verilib
03-02-2012 / 12:56
FaktXeber.com-un verdiyi məlumta görə, Rusiya İstintaq Komissiyasının bölgə bürosu, polis məmurlarının 2009-cu ildə qeyri-qanuni fəaliyyət göstərən bir qumarxananın bağlanılmaması üçün 7 min rubl (180 AZN) rüşvət almaları məhkəmə qərarı ilə təsdiqlənib.
Məhkəmə onlara 1.43 milyon rubl (37130 AZN) pul cəzası və üç il vəzifədən uzaqlaşdırılma qərarı çıxarıb. Barələrindəki həbs cəzasını isə ləğv edib.
Qeyd edək ki, 2011-ci ildə Rusiya prezidenti Dmitri Medvedyevin təklifi ilə çıxarılan rüşvət qanununa görə, cəzalar rüşvətin miqdarı ilə mütənasib verilir.
Ötən ay da Tatarıstan Respublikasında bölgə məmurlarından birinə 5 milyon rubl rüşvət aldığı üçün 300 milyon rubl (10 milyon dollar) pul cəzası verilmişdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.