RÖVNƏQ ABDULLAYEV İSTANBULUN ƏSAS QAZ PAYLAYICI ŞİRKƏTİNİ SATIN ALIR
Bu barədə SOCAR-ın Türkiyə nümayəndəsi Kənan Yavuz məlumat verib
03-02-2012 / 12:25
FaktXeber.com "Bloomberg HT" istinadən xəbər verir ki, SOCAR-ın Türkiyə nümayəndəsi Kənan Yavuz bildirib ki, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin İstanbul şəhərinin əsas qaz paylayıcısı olan İQDAŞ şirkətini satın almaq istəyir.
Kənan Yavuz qeyd edib ki, İstanbulun əsas qaz paylaıcı şirkəti İqdaşın satıın alınması SOCAR-ın marağındadır. Biz Türkiyədə neft məhsullarının satışını da həyata keçirmək istəyirik. Ancaq hələ bu barədə qərar verməmişik. .
Qeyd edək ki, hazırda ARDNŞ Türkiyədə “Petkim” neft-kimya kompleksinə sahibdir. Eyni zamanda ARDNŞ tərəfindən İzmirdə yeni neftayırma zavodunun tikintisi aparılır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.