Səfərdə "Samsunspor"un qonağı olan "Fənərbaxça" şok yaşayıb
03-02-2012 / 11:47
FaktXeber.com xəbər verir ki, Türkiyə superliqasının lideri olan "Qalatasaray" öz meydanında "Antalyaspor"u qəbul edib. "Qalatasaray" vacib olan iki xal itirib. Oyun 1-1 hesabı ilə başa çatıb. Səfərdə "Samsunspor"un qonağı olan "Fənərbaxça" şok yaşayıb. Oyunda hesabı açan tərəf "Fənərbaxça" olsa da, Gekas het-triki meydan sahiblərinə qələbə qazandırıb. Öz meydanında "Kaysrispor"u qəbul edən "Sivasspor" da xal itkisi ilə üzləşib. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı bir xalla tərk ediblər - 1:1.
Digər İstanbul nəhəngi "Beşiktaş" da turu xalsız başa vurub. Doğma azarkeşləri önündə "Mersin İdmanyurdu" ilə qarşılaşan "qara qartal" görüşdən məğlub ayrılıb - 0:1.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.