FaktXeber.com-un verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç, Avropa Birliyi Xarici Siyasət nümayəndəsi ketrin Eştonu 4 martda keçiriləcək prezident seçkilərinə kölgə salmaqda ittiham edib.
Qeyd edək ki, Ketrin Eşton Avropa Parlamentindəki çıxışında rəsmi Moskvadan müxalifətlə dialoq aparmağı və liberal Yabloko Partiyasının lideri Qriqori Yavlinskinin seçkilərə qatılmaması ilə əlaqədar verilən qərarı yenidən nəzərdən keçirməsini istəmişdi.
Müstəqil namizəd olan Yavlinskinin yığdığı 2 milyon imzanın 25,6 faizinin etibarsız sayıldığına qərar verən Mərkəz Seçki Komissiyası Yavlinskinin namizədlik müraciətini rədd etmişdi.
Eştonun açıqlamalarının özbaşına deyilmiş sözlər olmadığını söyləyən Lukaşeviç, "hələ seçkilər olmamışdan ona kölgə salmağa çalışırlar", - deyə bildirib.
"Bu Rusiyanın daxili işlərinə qarışmaq cəhdidir" söyləyən Rusiya Mərkəz Seçki Komissiyasının sözçüsü Nikolay Konkin də, "mənim fikrimcə Eşton Rusiyaya hörmət göstərmir. Bu Rusiyanın daxili işlərinə və müstəqil bir orqan olan Mərkəz Seçki Komissiyasının qərarlarına müdaxilə mənasını verir" deyib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.