Zümrüdün sahibi dələduzluqda ittiham olunaraq həbs edilib
03-02-2012 / 11:35
Faktxeber.com-un verdiyi məlumata görə, qiymətli daşların ticarəti sferasında böyük bir qalmaqal baş verib. Sən demə, bu yaxınlarda Kanadada sərgiyə çıxarılmış çəkisi 10 kq olan dünyanın ən böyük zümrüdü saxta imiş.
Zümrüdün sahibi dələduzluqda ittiham olunaraq həbs edilib.
Xatırladaq ki, yanvarın sonunda KİV-də 57 min karatlıq 11,5 kq-lıq nəhəng zümrüd barədə məlumatlar yayılır.
«Allah vergisi» adlandırılan nəhəng cəvahir Hindistandan Kanadaya gətirilir. Oradan Reqan Rini adlı kanadalı 1,15 milyon dollara alaraq auksiona təqdim edir.
Lakin auksion günü zümrüdün sahibi həbs olunur. Onun dəfələrlə dələduzluğa görə saxlanıldığı deyilir.
Rininin həbs olunması ilə zümrüd daşı da auksiondan çıxarılır.
Qiymətli daşı mütəxəssislər araşdırırlar. Məlum olur ki, zümrüd - əslində çox da dəyəri olmayan rənglənmiş ağ berildir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.