BU GÜN ŞƏHƏRDAXİLİ NƏQLİYYATDA 700 AVTOBUS XƏTTƏ ÇIXIB
Azərbaycan ərazisində güclü qar yağması və yolların buz bağlaması ilə əlaqədar paytaxt Bakıda daxili reyslərlə hərəkət edən marşrut avtobuslarının sayı adi günlərə nisbətən 3 dəfə azalıb
03-02-2012 / 11:32
FaktXeber.com xəbər verir ki, bu gün Bakıda təqribən 700 sərnişin avtobusu xəttə çıxıb. Bu barədə Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov bildirib.
Onun sözlərinə görə, adi günlərdə şəhər daxili reyslərdə avtobuslar 2,5-3 min olduğu halda, bu gün şəhərdaxili nəqliyyatda 700 avtobus xəttə çıxıb. İşləyən avtobuslar əsasən şəhərin mərkəzi və aşağı (dağlıq olmayan) hissələrini əhatə edir.
O, şəhərdaxili yollarda günün ikinci yarısından avtobusların sayının artacağı da istisna etməyib. Bildirib ki, bütün yolarda olduğu kimi, şəhərdaxili yollarda da imkan çatılan qədər iş aparılır. Yollara duz və qum səpilir. Qarın çox yağması nəticəsində dünən Bakının Yeni Günəşli, Hövsan, Əhmədli, Yasamal, Bakı-Sumqayıt yolunda maşınların hərəkətində problemlər var idi. indi bunlar aradan qaldırılır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.