Şaxtalı hava şəraiti ilə əlaqədar Bakıda 4 donvurma hadisəsi qeydə alınıb
03-02-2012 / 11:04
FaktXeber.com xəbər verir ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov bildirib ki, donvurmaya məruz qalanlardan 3-ü xəstəxanaya çatdırılıb və onlar "bomj" olub.
Bu gün səhər saatlarında isə Mərdəkan qəsəbəsində 45-50 yaşlarında kişi küçədə donvurmadan ölüb. Həmin şəxsin meyiti polisə təhvil verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-dək hökm sürəcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.