FaktXeber.com xəbər verir ki, Bakının Nizami rayonunda oğurluqda şübhəli bilinən qadın tutulub. Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, 2011-ci il dekabrın 28-də Vəfa Sərabiyə məxsus, içərisində 1000 manat, 900 dollar pul və açarlar olan pul kisəsi oğurlanıb.
Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Roza Ağaməmmədova tutulub.
Qeyd edək ki, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.