BAKIDA VƏ BƏZİ MAGİSTRAL YOLLARDA NƏQLİYYATIN HƏRƏKƏTİ BƏRPA EDİLİB
Dünən Azərbaycan ərazisində baş verən yol qəzalarında 2 nəfər ölüb, 5 nəfər yaralanıb
03-02-2012 / 10:45
FaktXeber.com xəbər verir ki, havaların kəskin soyuması ilə əlaqədar Azərbaycanın əsas magistral yollarında yaranan problemlər aradan qaldırılıb. Respublika Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyevin verdiyi xəbərə görə, Bakı şəhərində yollarda avtomobillərin normal hərəkəti bərpa olunub: “Lakin bəzi enişli-yoxuşlu yollar şaxta nəticəsində buz bağlayıb. Hazırda Şəki-Zaqatala və İsmayıllı-Muğanlı ərazilərində qar yağıntısı davam edir. Bunun nəticəsində həmin yollar buz bağlayıb. Bakı-Astara yolunda isə quru hissələr çoxdur. Lakin həmin ərazilərdə də sürücülər ehtiyatlı olmalıdırlar. Problem olan yollarda hərəkətin bərpa edilməsi üçün qum səpilir və yollar buzlardan təmizlənir”.
K. Əliyev fevralın 2-də Azərbaycanda 6 yol nəqliyyat hadisəsinin baş verdiyini bildirib: “Qəzalar nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə yaralanıb”.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.