İlkin məlumatlara görə, səhhətində olan problemlər və rusiyalı həyat yoldaşı Viktoriya ilə boşanması bu addımı atmasına səbəb ola bilər
02-02-2012 / 17:33
Faktxeber.com-dan verilən məlumata görə, məşhur jurnalist Don Karnelius Los Ancelesdəki evində odlu silahdan yaralanmış halda tapılıb.
Polislərin sözlərinə görə, teleaparıcının yaşadığı ərazidən atəş səsi gəlib, axtarışdan sonra Karneliusu ağır yaralı vəziyyətdə tapıblar. Hüquqmühafizə orqanlarının fikrincə, o, intihara cəhd edib.
75 yaşlı Karnelius təcili hospitalizə olunub, bununla belə onun həyatını xilas etmək mümkün olmayıb. Bir saatdan sonra Karnelius vəfat edib.
Hadisənin səbəbi haqqında məlumat verilmir.
İlkin məlumatlara görə, səhhətində olan problemlər və rusiyalı həyat yoldaşı Viktoriya ilə boşanması bu addımı atmasına səbəb ola bilər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.