Ay barədə nəsə öyrənmək istəyən hər bir kəs GRAIL-ə sorğu göndərir, peyk də istənilən ərazinin fotoşəklini yollayır
02-02-2012 / 16:47
Faktxeber.com-un verdiyi məlumata görə, NASA-nın ekiz peykləri Ayın əks tərəfinin videogörüntülərini göndərib.
Videoda hər şey aydın görünür.
Qeyd edək ki, bu peyklərin birinci çəkilişidir.
GRAIL layihəsi iki eyni kosmik aparatdan təşkil olunub. Onların hər birində kamera quraşdırılıb. Missiyası təhsil-təlimdir və məktəblilər, tələbələr üçün nəzərdə tutulub. Proses sadədir: Ay barədə nəsə öyrənmək istəyən hər bir kəs GRAIL-ə sorğu göndərir, peyk də istənilən ərazinin fotoşəklini yollayır.
Ayda ekspedisiya ötən ilin sentyabrında başlayıb və cari ilin may ayına kimi davam edəcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.