UŞAQ 10 MİN METR HÜNDÜRLÜKDƏ DÜNYAYA GƏLDİ (video)
Vaxtından 3 ay əvvəl dünyaya gələn körpə tam sağlamdır
02-02-2012 / 16:20
Faktxeber.com-un verdiyi məlumata görə, Moskvadan Cənubi Saxalinskə uçan təyyarədə uşaq dünyaya gəlib. Hadisə baş verərkən təyyarə 10 min metr hündürlükdəydi.
Xoşbəxtlikdən təyyarədə həkim Zoya Mahortova olub.
Yeni doğulan körpə Koçarovlar ailəsinin dördüncü uşağıdır.
Sonradan verilən məlumata görə, ana Aygül və təyyarədə dünyaya gələn oğlan uşağı tam sağlamdır: «Uşağın çəkisi 2900 qr., boyu 49 sm. –dir».
Aygül Koçarova övladlarından birinin xəstəliyi əlaqədar Moskvaya həkim məsləhətxanasına gedirmiş.
«Transaero» aviakompaniyasının baş direktoru Olqa Pleşakova kompaniyanın mövcud olduğu 20 il müddətində ilk dəfə belə bir hadisə ilə rastlaşdıqlarını bildirib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.