Faktxeber.com xəbər verir ki, bu gecədən başlayan güclü qarla müşayət olunan çovğun paytaxtda həyatı iflic edib. Belə ki, yolların qarla örtülü olması və buz bağlaması səbəbindən mağazalara ərzaq çatdıran firmaların maşınları lazımi ünvanlara çata bilməyib. O cümlədən əksər ticarət obyektləri də işləmir. Vətəndaşlar iş yerlərinə çata bilməyiblər. Mərkəzdə marşrutda tək-tək gözə dəysə də, şəhərətrafı qəsəbələrdə marşrutların da fəaliyyəti dayanıb. Güclü küləyin qarı sovurması nəticəsində səkilərdə qar təpəcikləri yaranıb. Həmçinin qarın buz bağlaması sakinlərin hərəkətini çətinləşdirib. Bununla yanaşı, şəhərdə Bakı şəhər İcra Hakimiyyətinin qar təmizləyən maşınları da gözə dəymir.
Qeyd edək ki, sinoptiklər şaxtalı hava şəraitinin fevralın 5-inədək davam edəcəyini bildirirlər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.