Xaricdə yaşayan azərbaycanlılar Milli Məclisin spikeri Oqtay Əsədova ötən əsrin sonlarında baş vermiş Xocalı faciəsi ilə bağlı müraciət ünvanlayıblar. Müraciətdə 2007-ci il fevar ayının 27-da Milli Məclis tərəfindən verilən qərara etiraz edilib.
Qeyd edək ki, Milli Məclisin həmin qərarında Xocalı faciəsindən birbaşa iştirak edən Robert Köçəryanın, Serj Sarkisyanın, Qukasyanın adları bu cinayəti törədən şəxslərin siyahısından çıxarılıb. Lakin Azərbaycan hüquq-mühafizə orqanları hər zaman bəyan edirlər ki, adları çəkilən şəxslər və Xocalı faciəsinin digər iştirakçıları İnterpol tərəfindən qırmızı xətlə axtarışdadırlar. Bu ziddiyyətlər nədən doğur? Azərbaycan hakimiyyəti rəsmi olaraq Xocalı cinayətini törədən şəxsləri nəyə görə cinayətkar elan etmir?
Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən “Azərbaycan Naminə” İctimai Mərkəzin prezidenti, politoloq Eldar Namazov, bir çox ümummilli məsələlərə yanaşmada hakimiyyətin mövqeyi ilə qətiyyən razılaşmadığını bildirdi.