Hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar bütün rabitə müəssisələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bu barədə FaktXeber.com-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, şaxtalı, qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar Bakı və respublika üzrə rabitə müəssisələrində qəza xidmətləri işlək vəziyyətə gətirilmiş, müəssisələr gücləndirilmiş iş rejiminə keçib.
Hazırda telekommunikasiya və rabitə qovşaqlarının işində heç bir problem müşahidə olunmur. Lakin hər hansı bir problem üzə çıxarsa, qəza xidmətləri bu problemi dərhal aradan qaldırmağa hazırdır. Belə ki, bütün müəssisələr sərt hava şəraitinə əvvəlcədən hazırlıq işləri görüb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.