Səhər saatlarından ana xətlətin birində baş verən qəza şəhəri yarısını ışıqsız qoyub
02-02-2012 / 15:28
Sumqayıt əhalisinin yarıdan çoxu işıqsız qalıb. Bu barədə FaktXeber.com-a "Azərenerji"nin işçilərindən biri məlumat verib. O, səhər saatlarından ana xətlərdən birində baş verən qəza nəticəsində problemin yarandığını söyləyib.
Sakinlərin verdiyi məlumata görə, işıq dünən axşam saatlarında da iki saat müddətinə söndürülüb.
"Azərenerji"dən verilən məlumata görə, hazırda qəza yerində təmir işləri aparılır. Saat 17:00-a qədər enerjinin verilməsi bərpa olunacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.