QAQARİNİN KOSMİK GƏMİSİNİN MÜHƏNDİSİ ÖZÜNÜ YANDIRARAQ İNTİHAR EDİB
02-02-2012 / 15:22
Sovet kosmonavtı Yuri Qaqarinin kosmik gəmisinin dizaynını hazırlayan 79 yaşlı təqaüdçü mühəndis Yevgeni Koskin Moskvada özünü yandıraraq yaşadığı evin 12-ci mərtəbəsindən özünü atıb. Faciəvi şəkildə dünyasını dəyişən mühəndisin kimliyi iki həftə sonra müəyyənləşdirilib.
FaktXeber.com-un verdiyi məlumata görə, 17 yanvar tarixində baş verən faciəvi hadisədə, əvvəlcə 30-40 yaşlı bir gəncin qarşılıqsız sevgi üzündən özünü yandıraraq intihar etdiyi bildirilimişdi. Lakin təqaüdçü mühəndisin 36 yaşlı oğulu İqor atasının itdiyini polisə bildirdikdən sonra, təhlükəsizlik qüvvələri diaqnozu aparılmayan cəsədlə əlaqədar araşdırmaları yenidən başladıb.
İqor atasının cəsədini yoxladıqdan sonra hadisə rus mediasında geniş əks-səda yaradıb. Mühəndisin mətbuata açıqlama verən oğlu, "atam uzun müddətdir ağır xəstə idi. Və tək yaşayırdı" deyib. Polisdən verilən məlumata görə, mühəndis depressiyaya düşərək intihar edib.
Polis, Koskinin özünü yandırmaq üçün istifadə etdiyi spirt dolu qabı mənzilin girişində tapıb. Oğlu atasının spirti müalicə məqsədiylə istifadə etdiyini söyləyib.
Qeyd edək ki, Koskin, Qaqarinin 12 apreldə kosmosa uçduğu "Vostok" gəmisinin dizaynını hazırlayan qrupda yer alıb. Mühəndis uzun illər keçmiş SSRİ və daha sonra da Rusiyanın kosmos sənayesində fəaliyyət göstərən "Energiya" adlı dövlət müəssisəsində fəaliyyət göstərib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.