Fələstinə səfəri zamanı baş katib insanların etirazı ilə qarşılaşıb
02-02-2012 / 15:01
FaktXeber.com-un “Əl-Ərəbiyyə” telekanalına istinadən verdiyi məlumata görə, İsrail və Fələstin arasında müzakirələrin yenidən bərpa olunması üçün regiona səfər edən BMT baş katibi Pan Gi Mun Qəzzada olarkən insanların etirazı ilə qarşılaşıb. Etiraz edən fələstinlilər baş katib və BMT əleyhinə şüarlar səsləndirərək Pan Gi Muna ayaqqabı və daş atıblar. Fələstinlilər baş katibin işğalçı İsrailin əməllərinə göz yummaqda ittiham ediblər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.