ABŞ dövləti İsrailin İrana mümkün hücumu ilə bağlı bu rejimə xəbərdarlıq edib
02-02-2012 / 14:33
FaktXeber.com-un “İPSnews” saytına istinadən verdiyi məlumata görə, bir müddət öncə İsrailə səfər edən ABŞ Ordusunun Baş Qərargah rəisi general Martin Dempsey İsrailə İrana hücumla bağlı ciddi xəbərdarlıq edib. Baş nazir Netanyahu və müdafiə naziri İhud Barakla görüşən general Dempsey bildirib ki, əgər İsrail İrana hücum edərsə Amerikanı öz yanında görməyəcək. O, həmçinin bildirib ki, İrana hücum həddən artıq təhlükəli məsələdir və bunun ağır nəticələr verəcəyi göz qabağındadır. Qərb mediaları ABŞ Baş Qərargah rəisinin İsrailə son səfərini qeyri-adi adlandıraraq, generalın mətbuat konfransında iştirak etməməsini də ABŞ-ın İsrailə çox ciddi xəbərdarlıq etməsi kimi xarakterizə ediblər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.