Tərəflər artıq dini müstəvidə bir-bir ilə mübarizə aparırlar
02-02-2012 / 14:21
FaktXeber.com xəbər verir ki, Türkiyə baş naziri Ərdoğan, partiyasının toplantısındakı çıxışında ana müxalkifət partiyası CHP lideri Kılıçdaroğlunun tənqidlərinə cavab verib. Baş nazir, Kılıçdaroğlunu gündəmə gətirdiyi "din alverçisi" tənqidinə cavab olara bildirib: "Məni din mövzusunda məmləkəti ikiyə ayrımaqda ittiham edir, mən dediklərimin arxasındayam. Mən "dindar nəsil yetişdirmək hədəfimizdir" demişəm. Sözlərimin arxasındayam. Hörmətli Kılıçdaroğlu, sən bizdən atesit bir nəsil yetişdirməyimizi gözləyirsən? Biz mühafizəkar demokrat nəsil istəyirik."
Dünən axşam iki liderinin söz duelinə Kılıçdaroğlu nöqtə qoyub. Türkiyənin ana müxalifət partiyası CHP-nin lideri Kamal Kılıçdaroğlu, Türkiyənin “CNN Türk” televiziyasında yayımlanan "Tərəfsiz region" proqramının qonağı olub. Proqramda bəzi sualları cavablandıran Kılıçdaroğlu, Baş nazir Rəcəb Tayyib Ərdoğanın dünənki açıqlamalarına cavab verib: ''Biz nə vaxt dindar bir nəsil yetişməsinə qarşı çıxmışıq? Mən ona ən yaxşısı bu sualı verim: bu nəsildən əvvəlki nəsillər dinsiz idi? Bunun, mənası budur. Belə şeyi bir baş nazir necə söyləyə bilər? Tam tipik ayrı-seçkilikdir. Bu açıqlamanı verən baş nazir tutduğu vəzifəni tərk etməlidir. İnsanlara dinini necə öyrənəcəyini zorla təlqin etmək olmaz. Rəcəb Tayyib Ərdoğan bu ölkədə din ticarəti ilə məşğuldur”.
Qeyd edək ki, dünən CHP lideri Kamal Kılıçdaroğlu Ərdoğan sərt təndiq edərək onu din alverçisi adlandırmışdı.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.