PAKİSTANIN BAŞ NAZİRİ MƏHKƏMƏYƏ HÖRMƏTSİZLİKDƏ İTTİHAM OLUNUB
Məsələ ilə əlaqədar ilk məhkəmə iclası fevralın 13-nə təyin olunub
02-02-2012 / 14:05
Faktxeber.com-dan verilən məlumata görə, Pakistan Ali Məhkəməsi ölkənin baş naziri Yusif Rza Gilaniyə qarşı ittiham irəli sürəcək.
Səbəbi nazirin korupsiyada ittiham olunan prezident Asif Əli Zərdariyə qarşı ifadə vermək istəməsidir.
Hökumət başçısının məhkəməyə hörmətsizliyi ilə əlaqədar ilk iclas fevralın 13-nə təyin olunub.
Gilaninin vəkili Aytac Əhsən baş nazirə məhkəmədə iştirakının vacibdliyi barədə şəxsən məlumat verilib.
Xatırladaq ki, yanvarın 18-də keçirilən məhkəmədə hökumət başçısı prezidentin məhkəmə toxunulmazlığı olduğu üçün ifadə vermək istəmədiyini bildirmişdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.