"İkinci tur olarsa, ölkədə sabitsizlik baş verəcək"
02-02-2012 / 13:40
Rusiyanın baş naziri Vladimir Putin 4 martda keçiriləcək prezident seçkilərinin ikinci tura qalacağı vəziyyətində ölkədə sabitliksizlik yaranacağı xəbərdarlığını edib. FaktXeber.com-un RİA Novostiyə istinadən verdiyi məlumata görə, xalqın onu dəstəkləməməsi vəziyyətində heç kimin qarşısında dayanmayacağını söyləyən Putin, "ancaq xalqın dəstəyini alaraq ölkə problemlərini həll edə bilərsiniz. Əksinə olarsa, bu mümkün deyil. Əvvəllər də söylədiyim kimi, indi də təkrar edirəm, dəstək olmasa işləmək istəmirəm, işləməyəcəm də..." xəbərdarlığını səsləndirib.
Dəstək görməsə işin bir mənasının olmayacağını söyləyən Putin, "o zaman başqa insanlar daha yaxşısını etməyə cəhd göstərməlidirlər. Bu Rusiya xalqının ölkənin taleyini başqa insanların əlinə verdiyi mənasını verir. O zaman da bu insanlara ölkənin problemlərini həll etmədə yardımçı olmaq lazımdır. Və mən də belə edərəm... Kimsəyə də zəhərimi tökmərəm, qısqanmaram", - deyə bildirib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.