MİSİRDƏ QANLI FUTBOLLA ƏLAQƏDAR 3 GÜNLÜK MATƏM ELAN OLUNUB (video)
"Müsəlman qardaşlar" təşkilatı bəyanat verib ki, futbolda baş verən faciəvi hadisələr "görünməyən əllər tərəfindən təşkil olunub"
02-02-2012 / 13:27
Faktxeber.com-un verdiyi məlumata görə, Misirdə Silahlı Qüvvələrin Ali Şurası Port-Saiddə baş verən faciə ilə əlaqədar olaraq 3 günlük matəm elan edib.
Xatırladaq ki, Misirin məşhur “Əl Əhli” komandası ilə Port Said şəhəri “Əl Məsri” komandaları arasında keçirilən futbol matçından sonra iki komandanın azarkeşləri arasında qalmaqal baş verib. Münaqişə nəticəsində son məlumatlara görə 104 nəfər ölüb, 1000-ə yaxın insan isə müxtəlif dərəcəli xəsarət alıb.
"Müsəlman qardaşlar" təşkilatı bəyanat verib ki, futbolda baş verən qanlı hadisələr "görünməyən əllər tərəfindən təşkil olunub".
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.