QHT Əməkdaşlıq Alyansı Xocalı soyqırımı ilə bağlı aksiyalara start verib
02-02-2012 / 13:23
QHT Əməkdaşlıq Alyansının növbəti şura iclasında Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı tədbirlər planı müzakirə olunub.
Şuradan FaktXeber.com-a verilən məlumata görə, Alyansın əlaqələndiricisi Rufiz Qonaqov bildirib ki, fevralın 2-dən Xocalı soyqırımı ilə bağlı aksiyalara start verilb. Alyans Şurası ilə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevlə görüşdə də bu məsələ dəstəklənib.
Sonra tədbirlər planı qəbul edilib və Alyansın Şura üzvü Xanoğlan Əhmədovun rəhbərliyi ilə bu tədbirlərin keçirilməsi üzrə İşçi Qrupu yaradılıb. Tədbirlər planına əsasən, QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması üçün internet aksiyasına start verilib. İlkin olaraq, Alyans üzvləri Facebook sosial şəbəkəsindəki səhifələrində profillərini dəyişərək, Xocalı faciəsini əks etdirən şəkillər yerləşdirəcək və onu paylaşacaqlar. Eləcə də bütün Facebook istifadəçilərinə bu kampaniyaya qoşulmaları ilə bağlı müraciət ediləcək. Soyqırım aksiyalarının yekunu olaraq, fevralın 16-17-də çoxsaylı QHT-lərin və KİV-lərin iştirakı ilə geniş toplantıların keçirilməsi qərara alınıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.