FRANSANIN TEHRANDAKI SƏFİRİ TƏLƏSİK İRAN PARLAMENTİNƏ GEDİB
Avropa İranın onlara qarşı tətbiq etmək istədiyi neft sanksiyasından nigaran olub
02-02-2012 / 13:18
FaktXeber.com-un İranın “Tabnak” saytına istinadən verdiyi məlumata görə, Fransanın Tehrandakı səfiri Bruno Foucher İran Parlamentinə gedib. Səfir İranın Avropaya neft ixracının dayandırılması ilə bağlı parlamentdə müazkirələrin aparılmamasını xahiş edib. Bunu İran İslami Şura Məclisininin (Parlament) Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvi millət vəkili Cavad Kərimi Quddusi bildirib. Bundan əlavə 4 Avropa ölkəsi, İtaliya, Yunanıstan, İspaniya və Fransa ayrıca İrana məktub ünvanlayaraq bu ölkədən Avropaya qarşı neft sanksiyasının tətbiq olunmamasını xahiş ediblər. Onlar bildiriblər ki, məsələnin müsbət yöndə həlli istiqaməti və Avropanın yenicə İrana qarşı tətbiq etmək istədiyi sanksiyanı geri götürməyi üçün Birlikdə danışıqlar aparacaqlar. Ona görə də İran hələlik bu məsələni Parlamentin müzakirəsinə çıxarmasın.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.