Bakıda fərdi həyət evlərinin su xətlərində donmalar var - "Azərsu"ASC
02-02-2012 / 13:18
Son günlər havaların kəskin soyuması ilə əlaqədar “Azərsu” Açıq Səhmdar Cəmiyyəti də gücləndirilmiş iş rejiminə keçib. Bunu FaktXeber.com-a-a “Azərsu”ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.
Onun sözlərinə görə, ASC-nin departamentləri, sahə rəyisləri, qəza xidmətləri ərazilərə gücləndirilmiş iş rejimində nəzarət edirlər. Havanın qarlı və şaxtalı keçməsi nəticəsində Bakıda fərdi həyət evlərində su xətlərində donmalar var.
O deyib: "Əsasən paytaxtın Biləcəri, Binəqədi, Suraxanı rayonlarında fərdi həyət evlərində su xətlərində donmalar müşahidə olunur. Amma magistiral xətlərdə donmalar yoxdur. Donmalarla bağlı “Azərsu” ASC-nin 955 nömrəli “Qaynar xətt”inə 100 yaxın müraciət olunub. Müraciətlər dərhal nəzarətə götürülüb və bununla bağlı müəyyən məsləhətlər verilib. Ümumilikdə isə paytaxta adi günlərdə su necə verilirdisə, indidə elə verilir".
“Azərsu” ASC əhalidən xahiş edir ki, su təchizatında yaranan problemlər, magistral və məhəllədaxili xətlərdə baş verən qəzalar, kanalizasiya şəbəkələrində tutulmalarla rastlaşdıqda dərhal 24 saat işləyən 955 nömrəsinə zəng edib “Qaynar xətt”ə məlumat versinlər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.