KÜÇƏLƏRİN TƏMİZLƏNMƏSİNƏ BAXMAYARAQ, YOLLAR HƏLƏ DƏ BUZ MEYDANÇASINI XATIRLADIR
02-02-2012 / 13:10
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-in mətbuat xidmətindən FaktXeber.com-a daxil olan məlumata görə, Bakı-Sumqayıt avtomobil yoluna səhərəcən qum, duz səpilib. Hazırda bu istiqamətdə nəqliyyatın hərəkəti dayanmayıb və yolun qardan təmizlənməsi davam etdirilir. Hava şəraitinin kəskin pisləşməsi və qarla bərabər çovğunun davam etməsi bəzi yollarda nəqliyyatın işinə çətinlik yaratsa da, heç bir istiqamətdə avtomobillərin hərəkəti tam dayanmayıb. Sadəcə olaraq, sürücülər hava şəraitinə uyğun sürət həddi seçməlidirlər.
Gücləndirilmiş iş rejimində fəaliyyət göstərən “Azəryolservis” ASC-in əməkdaşları hazırda yolların buz bağlamasının qarşısının alınması, həmçinin respublikanın və eləcə də paytaxtın avtomobil yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranmaması üçün lazımi tədbirləri görür və yolların təmizlənməsini həyata keçirilər.
Qeyd edək ki, Sumqayıtda yaşayan əməkdaşımız dünən axşam saat 19.00-da işdən çıxmasına baxmayaraq, evə saat 23.10-da çata bilib. Buna səbəb isə Bakı-Sumqayıt yolunun tamamilə buzlaşması olub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.