NATO VƏ TACİKİSTAN SİLAHLARIN MƏHV EDİLMƏSİ ÜÇÜN RAZILIĞA GƏLİBLƏR
Layihə çərçivəsində NATO ekspertləri Tacikistanda silah və döyüş sursatlarının məhv edilməsi üzrə qrup yaradacaq, həmçinin hərbçilərə Əfqanıstanla sərhəd rayonlarda gizli silah anbarlarının tapılması yolları öyrədiləcək
02-02-2012 / 13:09
Faktxeber.com-un verdiyi məlumata görə, NATO və Tacikistan köhnə silah anbarlarının və hərbi sursatların tapılması və məhv edilməsi üçün birgə əməkdaşlıq müqaviləsi bağlayıblar.
Bir il üçün nəzərdə tutulmuş layihə 575 min avro dəyərində qiymətləndirilir.
Proqramın əsas donorları Böyük Britaniya və Yaponiyadır.
Böyük Britaniyanın Düşənbədəki səfirliyinin rəsmi məlumatında deyilir ki, müəyyən müddətdən sonra silah-sursatların yararlılıq müddəti qurtardığından, yanğın və partlayış risqi artırır.
Layihə çərçivəsində NATO ekspertləri Tacikistanda silah və döyüş sursatlarının məhv edilməsi üzrə qrup yaradacaq, həmçinin hərbçilərə Əfqanıstanla sərhəd rayonlarda gizli silah anbarlarının tapılması yolları öyrədiləcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.