Fransada aprel ayında keçiriləcək prezident seçkilərində Nikola Sarkozinin rəqibi olan Sosialist Partiya namizədi Fransua Hollande bir qadının unlu hücumuna uğrayıb
02-02-2012 / 13:06
FaktXeber.com "The Telegraph" saytına istinadən xəbər verir ki, Parisdə seçki kampaniyasını davam etdirən Fransua Hollande, seçiciləri önündə çıxış edərkən, 45 yaşlı qadının hücumuna uğrayıb.
Qəflətən podiuma atılan qadın, Hollandenin üzərinə bir paket un atıb. Sosialist namizədin hər tərəfi un olub. Namizədin mühafizəçiləri xuliqanlıq edən qadını salondan çıxarıblar.
Unlu hücuma uğrayan Hollande isə olduqca sakit davranıb. Hücum sonra o, çıxışını yenidən davam etdirib.
Hadisəni törədən qadın yaşadığı Lille şəhərindəki Sosialist idarəçilər tərəfindən ölümlə təhdid edildiyini iddia edib.
Qeyd edək ki, Fransua Hollande ictimai sorğularda rəqibi Nikola Sarkozinin qabaqlayır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.