RUSİYA URAL NEFTİNİN QİYMƏTİNİ TƏYİN ETDİ: 100 DOLLAR
02-02-2012 / 12:54
Rusiyanın iqtisadiyyat nazirinin köməkçisi Andrey Klepaç, 2012-ci ilin büdcə kəsirinin qeyri milli gəlirin 1 faizi səviyyəsinə düşəcəyini söyləyib. FaktXeber.com-un verdiyi məlumata görə, Klepaç büdcə gəlirlərinin planlaşdırılandan artıq olacağını, neftin qiymətlərinin müsbət səviyyədə davam etdiyini və artımların da müsbət olduğunu söyləyib.
Maliyyə Nazirliyinin məlumatlarına görə, 2012-ci il üçün nəzərdə tutulan büdcə 12,7 trilyon rubldur (403,2 milyard dollar). 2011-ci ilə nisbətən 15 faiz artan büdcədə kəsir isə 1,5 (30 milyard dollar) nisbətində planlaşdırılmışdı.
2011-ci ilin iyun ayında isə büdcədə 2,7 faizlik kəsir nəzərdə tutulmuşdu, ancaq neftin qiymətinin artması demək olar ki, kəsiri bağladı. Hökumətin təxminlərinə görə, Ural neftinin barreli 2012-ci ildə 100 dollar civarında olacaq. İlk qaralamada isə bu rəqəm 93 dollar planlaşdırılmışdı.
Rusiya maliyyə nazirinin köməkçisi Tatyana Nesterenkoya görə isə, federal büdcə 2013-cü ildə 1,6, 2014-cü ildə isə 0,7 faiz kəsir göstərəcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.