Misirdə futbol azarkeşləri arasında qalmaqal: 74 ölü
02-02-2012 / 12:07
FaktXeber.com xəbər verir ki, Misirin məşhur “Əl Əhli” komandası ilə Port Said şəhəri “Əl Məsri” komandaları arasında keçirilən futbol matçından sonra iki komandanın azarkeşləri arasında qalmaqal baş verib. Stadionda baş vermiş qalmaqalda 74 nəfər ölüb, bəzi mənbələrə görə 200-dən çox, bəzilərinə görə isə 1 000-ə yaxın insan isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Məlumata görə, qalmaqal vaxtı Port Said stadionu yandırılıb.
Misirin “Modern Sport” telekanalının rəsmilərə istinadən yaydığı məlumata görə, xəstəxanalara çatdırılan yaralılardan bir çoxunun vəziyyəti ağır olduğu üçün ölü sayının çoxalacağı istisna olunmur.
Qeyd edək ki, futbolçuların ölməsi barədə məlumat olmasa da, bəzi mənbələr hər 2 komandadan da xəsarət alanlar olduğunu bildirir.
Bundan əlavə Türkiyə xarici işlər naziri Əhməd Davutoğlu baş verən hadisələrlə bağlı Misir xarici işlər naziri Məhəmməd Kamil Əmirə baş sağlığı verib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.