Masallı rayonunda qətl törətməkdə şübhəli bilinən şəxs tutulubmuşdur
02-02-2012 / 10:54
Baş Prokurorluğun mətbuat xidmətindən FaktXeber.com-a daxil olan məlumata görə, 31 yanvar 2012-ci il tarixdə saat 18:00 radələrində Masallı rayonunun Təzə Alvadı kəndi ərazisində fəaliyyət göstərən "Palıd" adlı yeməkxananın işçiləri - 1989-cu il təvəllüdlü Heydərov Murad Məhərrəm oğlu ilə 1970-ci il təvəllüdlü Zeynalov Əli Soltan oğlu arasında baş vermiş münaqişə zamanı sonuncu mətbəxdən götürdüyü bıçaqla M.Heydərovun döş qəfəsinə vurmaqla ona xəsarət yetirib. M.Heydərov Masallı rayon Mərkəzi xəstəxanasına aparılarkən yolda aldığı xəsarətdən ölmüşdür. Ə.Zeynalov isə könüllü rayon polis şöbəsinə gələrək təslim olub.
Fakta görə həmin tarixdə Masallı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Cinayəti törətməkdə şübhəli bilinən Ə.Zeynalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.