Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub
02-02-2012 / 10:34
Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə axşamı FaktXeber.com-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 1-də saat 22.40-dan 22.43-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, həmçinin fevralın 2-də saat 01.10-dan 01.15-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.