Bakıda anomal hava şəraiti gündəlik qəzetlərin köşklərə çatdırılmasında problem yaradıb
02-02-2012 / 10:33
FaktXeber.com xəbər verir ki, Bakıda hökm sürən anomal hava şəraiti və güclü qar gündəlik qəzetlərin köşklərə catdırılmasını ləngidir. Bəzi qəzet köşklərinə gündəlik qəzetlər hələ gətirilməyib.
Azərbaycan Dövlət Nəşriyyatından verilən məlumata görə, nəşriyyat öz tərəfindən bütün işləri görüb, qəzetlərin köşklərə çatdırılmaması yolların buz bağlaması ilə əlaqədardır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-ə kimi hökm sürəcək.
Bakıda havanın temperaturunun gecə və gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.
Fevralın 3-də Bakıda buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi saniyədə 15-20 metr, arabir 23-25 metr sürətilə əsəcək, günün ikinci yarısında saniyədə 9-14 metrədək zəifləyəcək.
Havanın temperaturunun gecə 3-5, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.