Bakıda səhər saatlarından başlayan çovğun Heydər Əliyev Beynəlxalq Aeroportunun işinə təsir göstərib
02-02-2012 / 10:27
FaktXeber.com xəbrər verir ki, Bakıdan yola düşən təyyarə reysləri təxirə salınıb. Bakıda səhər saatlarından başlayan çovğun Heydər Əliyev Beynəlxalq Aeroportunun işinə təsir göstərib. Bu barədə aeroportdan məlumat verilib. Baxmayaraq ki, reyslərin heç biri ləğv edilməyib, bütün reyslərin Bakıdan yola düşməsi təxirə salınıb. Həmçinin saat 05:40-da Tehrandan Bakıya gəlməli olan J2 006 reysinin gəlişi saat 12:00-dək təxirə salınıb.
Qeyd edək ki, Naxçıvandan saat 02:55-də Bakıya gəlməli olan J2 258 reysi isə eniş edə bilməyib və geri qayıtmalı olub. Bu reysin gəlişi saat 09:00-dək təxirə salınıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.